"Qarabağ"ın növbəti oyununda da stadionda anşlaq yaşanacaq
Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçına satılmış biletlərin sayı açıqlanıb.
Klubdan "Mediasport"a verilən məlumata görə, görüşə 27 500 bilet satılıb.
Bilet satışı iTicket.az saytı vasitəsilə davam edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlanacaq.
