Sona Ağayevadan ardıcıl 2 qələbə

Cənubi Koreyanın paytaxtı Seulda Boccia üzrə dünya kuboku turniri keçirilir.
"Mediasport" xəbər verir ki, paralimpiyaçımız Sona Ağayeva niderlandlı (7:5) və slovakiyalı rəqiblərini (11:0) məğlub edib.
O, qrup mərhələsində sonuncu qarşılaşmasını sabah çexiyalı rəqibə qarşı keçirəcək.