“Şübhəsiz, son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!”

“Şübhəsiz, son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!”

“Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev son günlər "tənqid atəşi"nə tutulan “Qarabağ”ın oyunçusu Nəriman Axundzadəyə dəstək olub.

"Mediasport" xəbər verir ki, uzun illər Ağdam klubunun formasını geyinmiş yarımmüdafiəçi 22 yaşlı forvardla bağlı paylaşım edib.

O, Nərimanın ötən il UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda “Braqa”ya vurduğu qolun videosinu paylaşaraq dəstəyini nümayiş etdirib:

“Bu sevinci yaşadan sən idin, Nəriman! Şübhəsiz, son illərin ən istedadlı oyunçusu sənsən!”

Xatırladaq ki, Nəriman Axundzadə komandasının ÇL-in 6-cı turunda Bakıda "Ayaks"a 2:4 hesabı ilə uduzmasından sonra kütləvi şəkildə tənqidlərə, bəzən təhqirlərə məruz qalıb.