"Sumqayıt" Antalyada Macarııstan klubuna böyük hesabla uduzdu
Mövsümün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" ilk yoxlama oyununu çıxıb.
"Mediasport" xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi komanda Macarıstan təmsilçisi "Pakş"la görüşüb.
Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Kimyaçılar"ın qolunu Rüstəm Əhmədzadə vurub.
"Sumqayıt" toplanış çərçivəsində yanvarın 12-də OFK (Serbiya), 16-da isə "Osiyek"lə (Xorvatiya) üz-üzə gələcək.
