Azərbaycan klubundan ayrılıb "Olimpiakos"la müqavilə bağladı
“Qəbələ”dən ayrılan Eduard Kundenin yeni komandası məlum olub.
"Mediasport" xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
“Olimpiakos”a keçən cənubi amerikalı Nikosiya təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
28 yaşlı cənubi amerikalı 2025-ci ildə gəldiyi "Qəbələ"də 23 oyun keçirib.


