"Turan Tovuz"da daha bir CİDDİ İTKİ - Mövsümü erkən başa vurdu

"Zədə epidemiyası"ndan xilas ola bilməyən "Turan Tovuz" daha bir ciddi itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisinin hücumçusu Joarlem Santos uzun müddətə sıradan çıxıb.
Tovuzluların braziliyalı forvardı Premyer Liqanın 31-ci turunun "Araz-Naxçıvan"la görüşündən öncə məşqdə zədə alıb.
Komandaya qış fasiləsindən sonra qoşulan "sambaçı" bu mövsüm bir daha komandasına kömək edə bilməyəcək.
30 yaşlı futbolçu bu yaxınlarda əməliyyat ediləcək.
Qeyd edək ki, Tovuz təmsilçisinin heyətində zədə səbəbindən uzun müddətdir kapitan Şəhriyar Əliyev, Denis Marandiçi, Roderik Miller və Rüfət Əhmədov oynamır.