Premyer Liqaya vəsiqə qazanan ikinci komanda müəyyənləşdi

Premyer Liqaya vəsiqə qazanan ikinci komanda müəyyənləşdi

Futbol üzrə İngiltərə 1-ci Liqasında mövsümə yekun vurulub.

Çempionşip adlanan səviyyəcə ikinci divizionda son turun ardından Premyer Liqaya vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

46-cı tur görüşləri ilə elitaya "İpsviç Taun" yüksəlib.

İngiltərəli Kiran Makkenanın baş məşqçisi olduğu komanda son turda doğma meydanda QPR-i məğlub etməklə (3:0) liqada ikinci yeri tutub.

Xatırladaq ki, Premyer Liqaya çıxacağı daha əvvəl dəqiqləşən "Koventri Siti" çempionluğunu da bir neçə tur əvvəl təmin edib.

Elitaya sonuncu vəsiqənin sahibi Çempionşipdə 3-6-cı yerləri tutan klublar arasında pley-off və final matçları ilə bilinəcək.

Burada "Miluoll", "Sauthempton", "Middlsbro" və "Hall Siti" mübarizə aparacaq.

Mediasport.com.az