Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yeniləndi

 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yeniləndi

Misli Premyer Liqasının 2026/2027 mövsümünün IV turunun "Kəpəz" – "Şamaxı" matçında tamaşaçı rekordu yenilənib.

"Mediasport Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Gəncə şəhər stadionundakı qarşılaşmanı 15 000 tamaşaçı izləyib.

Əvvəlki rekord III turda eyni arenada baş tutan "Kəpəz" – "Turan Tovuz" görüşünə təsadüf etmişdi. Həmin matçı 13 500 azarkeş izləmişdi.

Xatırladaq ki, "Kəpəz" "Şamaxı"ya 1:4 hesabı ilə məğlub olub.