“Turan Tovuz” “Traktor”la yoldaşlıq görüşü keçirəcək

“Turan Tovuz” “Traktor”la yoldaşlıq görüşü keçirəcək

“Turan Tovuz” Cənubi Azərbaycanın “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, Tovuz klubunun İdarə heyətinin sədri Ehtiram Quliyev bununla bağlı paylaşım edib.

O, şəxsi feysbuk hesabında "al qurdlar"ın loqosu olan şəkil paylaşıb.

Matçın qərblilərin yay hazırlığının ikinci mərhələsində - Türkiyədə baş tutacağı gözlənilir.

Xatırladaq ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olmuş Təbriz təmsilçisi də yay təlim-məşq toplanışını iyulun 8-dən Türkiyədə keçirəcək.

"Turan Tovuz" Ankaraya iyulun 6-da yola düşəcək.