"Turan Tovuz" - "Fənərbağça" matçının tarixi və yeri məlum oldu
"Turan Tovuz"un Türkiyə nəhəngi "Fənərbağça" ilə keçirəcəyi yolaşlıq oyununun keçiriləcəyi tarix və məkan müəyyənləşib.
"Mediasport" xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı Tovuz klubuna məktub ünvanlayıb.
Müşahidə Şurasının sədri Ehtiram Quliyevə ünvanlanan məktubda təklif üçün təşəkkürlərini ifadə edən "bülbüllər"in prezidenti Əziz Yıldırım görüşün oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmasının tərərfdarı olduqlarını açıqlayıb.



