"Turan Tovuz" futbolçusunu 1-ci liqa klubuna icarəyə göndərdi
"Turan Tovuz"un futbolçusu Raul Məmmədov komandadan ayrılıb.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisinin yarımmüdafiəçisi 1-ci liqa klubu "Səbail"ə keçib.
U-21 Azərbaycan milli komandasının üzvü Bayıl təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək.
O, "dənizçilər"in heyətində mövsümün sonunadək forma geyinəcək.
