"Başımızı aşağı salmalı deyilik, azarkeşlərə borcumuz var"

"Başımızı aşağı salmalı deyilik, azarkeşlərə borcumuz var"

"Azarkeşlərimiz möhtəşəm idilər. Bizə əla dəstək versələr də, onları məyus etdik. Buna görə azarkeşlərdən üzr istəyirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib.

Yarımmüdafiəçi UEFA Konfrans Liqasının "Dinamo" (Belarus) ilə ilk oyunundan sonra fikirlərini bölüşüb.

Kapitan 2:4 hesablı məğlubiyyətə görə üzr istəyərək cavab matçında dönüş yaratmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

"Neçənci dəfədir belə halla üzləşirik. Oyuna yaxşı başlayırıq. Sonra bilmirəm nə baş verir, boşluq yaradırıq, ya arxayınlaşırıq, oyunu tam itiririk.

Vəziyyəti dəyişmək üçün qol epizodlarımız var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik. İnşallah, ikinci oyunda nəticəni xeyrimizə dəyişmək üçün bacardığımızı edəcəyik".

Mahmudov cavab görüşündə uğurlu nəticə qazanmaqdan ötrü xüsusilə müdafiədə diqqətli oynamalı olduqlarını vurğulayıb:

"Həmçinin matça tam köklənməli və qol epizodlarından daha yaxşı faydalanmalıyıq. “Dinamo” geridönüş etdi. Başımızı aşağı salmalı deyilik. Azarkeşlərə borcumuz var".

Mərhələni keçəcəyimizə inamımız var. Oyundan sonra azarkeşlərlə də qısa söhbətimiz oldu, bizə inamlarını bildirdilər. Bu inamı meydanda göstərməliyik".

Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Bolqarıstanda keçiriləcək.