Türkiyə futbolunda tarixi derbi: "Fənərbağça" "Qalatasaray"a qarşı
Bu gün Türkiyə futbolunda əzəli və əbədi rəqabətin növbəti pərdəsi açılacaq.
"Mediasport" xəbər verir ki, Superliqanın 14-cü turu çərçivəsində tarixi İstanbul derbisi baş tutacaq.
"Fənərbağça" və "Qalatasaray" çempionatda 137-ci dəfə qarşılaşacaqlar.
Görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq.
İndiyədək Superliqada keçirilmiş matçların 53-də "bülbüllər", 38-də "aslanlar" qələbə qazanıblar.
45 dueldə isə "sülh" bağlanıb.
