“Qızıl top”, “Qızıl buts” və “Qızıl əlcək” mükafatları təqdim edildi

“Qızıl top”, “Qızıl buts” və “Qızıl əlcək” mükafatları təqdim edildi

FİFA dünən start götürən futbol üzrə 23-cü dünya çempionatının fərdi mükafatlarını təqdim edib.

"Mediasport" xəbər verir ki, beynəlxalq futbol federasiyası mükafatları minimalist üslubda hazırlatdırıb.

“Qızıl top”, “Qızıl buts” və “Qızıl əlcək” Almaniyanın məşhur "Adidas" şirkəti tərəfindən ərsəyə gətirilib.

Turnirin ən yaxşı futbolçusuna “Qızıl top”, ən çox qolvuran oyunçusuna “Qızıl buts”, ən yaxşı qapıçısına isə “Qızıl əlcək” mükafatı final matçından sonra veriləcək.

Dünya Kuboku iyulun 19-dək davam edəcək.