Türkiyə milli komandası 24 ildən sonra dünya çempionatına çıxdı!

Türkiyə milli komandası 24 ildən sonra dünya çempionatına çıxdı!

Futbol üzrə Türkiyə milli komandası bu yay ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqə əldə edib.

"Mediasport" xəbər verir ki, Vinçenso Montellanın baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə pley-off mərhələsinin final oyununda Kosovo seçməsinə qalib gəlib.

"Ay-ulduzlular"ı 24 ildən sonra mundiala 53-cü dəqiqədə Kərəm Aktürkoğlunun vurduğu qol çıxarıb - 1:0.

Daha bir iştirakçı isə İsveç yığması olub. Skandinavlar Polşa futbolçularını məğlub ediblər - 3:2.

Bosniya və Herseqovina - İtaliya və Çexiya - Danimarka görüşləri əlavə vaxta uzanıb.