Argentina İordaniya ilə üz-üzə, Portuqaliya Kolumbiyaya qarşı

Argentina İordaniya ilə üz-üzə, Portuqaliya Kolumbiyaya qarşı

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, matçlar 01:00-da başlayacaq və səhər saatlarına qədər davam edəcək.

"Turan Tovuz"un futbolçusu Roderik Millerin də heyətində yer aldığı Panama futbolçuları İngiltərə yığması ilə qarşılaşacaq.

Son dünya çempionu Argentina millisi İordaniya ilə, Portuqaliya seçməsi isə Kolumbiya ilə üz-üzə gələcək.

DÇ-2026. 3-cü tur

L qrupu

01:00 Xorvatiya - Qana

01:00 Panama - İngiltərə

Xal durumu: İngiltərə - 4 xal, Qana - 4 xal, Xorvatiya - 3 xal, Panama - 0 xal

K qrupu

03:30 Kolumbiya - Portuqaliya

03:30 Konqo Demokratik Respublikası - Özbəkistan

Xal durumu: Kolumbiya - 6 xal, Portuqaliya - 4 xal, Konqo Demokratik Respublikası - 1 xal, Özbəkistan - 0 xal

J qrupu

06:00 Əlcəzair - Avstriya

06:00 İordaniya - Argentina

Xal durumu: Argentina - 6 xal, Avstriya - 3 xal, Əlcəzair - 3 xal, İordaniya - 0 xal