"Qarabağ", "Neftçi", "Sumqayıt" və "Zirə" növbəti oyunlarını keçirəcək

"Qarabağ", "Neftçi", "Sumqayıt" və "Zirə" növbəti oyunlarını keçirəcək

Mövsümün ikinci hissəsinə hazırlaşan Azərbaycan Premyer Liqası klubları bu gün növbəti yoxlama oyunlarını keçirəcəklər.

"Mediasport" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" Çinin "Çenqdu Ronqçenq" komandası ilə qarşılaşacaq.

Türkiyənin Antalya bölgəsində toplanışda olan "Qarabağ" Xorvatiyanın "Osiyek" (12:00) və Polşanın "Zaqlebye" (16:00), "Zirə" Ukraynanın "Aleksandriya" (13:00) və Çexiyanın "Bohemians 1905" (18:00), "Sumqayıt" isə Xorvatiyanın "Osiyek" (18:30) kollektivləri ilə gücünü yoxlayacaq.