Qışda Rusiyaya yollanan forvard Azərbaycana qayıtmağa hazırlaşır

Qışda Rusiyaya yollanan forvard Azərbaycana qayıtmağa hazırlaşır

Qışda "Şamaxı"dan ayrılaraq Rusiyaya yollanan Belaydi Pusi Azərbaycana qayıtmağa hazırlaşır.

"Mediasport" xəbər verir ki, albaniyalı hücumçunun heyətində oynadığı "Fakel” artıq Premyer Liqanı tərk edib.

27 yaşlı forvard 1-ci Liqada oynamaq istəmədiyi üçün Azərbaycana dönmək qərarı verib.

Hazırda təklifləri götür-qoy edən futbolçu daha əvvəl "Turan Tovuz”da forma geyinib.

Qeyd edək ki, Pusinin Voronej təmsilçisi ilə anlaşması 2026-cı ilin yayınadək nəzərdə tutulub.