UEFA Konfrans Liqası: "Zirə" Gürcüstan klubu ilə qarşılaşır
"Zirə" bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanın "Torpedo" klubu ilə üz-üzə gələcək.
Görüş saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Cavab oyunu iyulun 16-da baş tutacaq.
UEFA Konfrans Liqası. 1-ci təsnifat mərhələsi (ilk oyun)
20:00 "Zirə" (Azərbaycan) - "Torpedo" (Gürcüstan)
Baş hakim: Yoni Hyuttiya (Finlandiya)
"SOCAR Polymer Arena"


