Milli üzvü diskvalifikasiya edildi

Milli üzvü diskvalifikasiya edildi

Azərbaycanın qadınlardan ibarət U-19 milli komandasının üzvü Aysu Əsədovanın cəzası açıqlanıb.

"Mediasport" xəbər verir ki, o, Avropa çempionatı çərçivəsində Gürcüstanla keçirilən oyunda rəqibinə hücum etdiyi üçün 3 oyunluq diskvalifikasiya edilib.

"Sabah"ın oyunçusuna verilən bu cəza qitə futbol qurumunun milli komandalar arasında keçirilən yarışlarına şamil edilib.

Həmin matçda millimiz 1:4 hesabı ilə uduzub. Əsədova 65-ci dəqiqədə sarı vərəqə alıb, əsas vaxtın sonuna əlavə edilən 4-cü dəqiqədə isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.