UFC-nin Bakı turnirinin əsas döyüşündə qalib məlum oldu

UFC-nin Bakı turnirinin əsas döyüşündə qalib məlum oldu

UFC-nin (Mütləq Döyüş Çempionatı) Bakıda keçirilən turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, gecənin əsas döyüşündə ABŞ idmançıları - Camal Hill və Xəlil Rountri qarşılaşıblar.

5 raund davam edən görüşdə rəqibindən aşkar üstün olan Rauntri qələbə qazanıb.

Qeyd edək ki, turnirdə yarışan Azərbaycan təmsilçilərindən Nazim Sadıxovla Rafael Fiziyev qələbə qazanıb, Tofiq Musayev isə məğlub olub.