“Üzülürəm ki, Azərbaycan futboluna şərəflə xidmət etmişəm"

“Üzülürəm ki, Azərbaycan futboluna şərəflə xidmət etmişəm"

“Üzülürəm ki, Azərbaycan futboluna şərəflə xidmət etmişəm".

"Mediasport" xəbər verir ki, bu fikirlər yeni başa çatan mövsümdə karyerasını bitirən qapıçı Kamal Bayramova məxsusdur.

40 yaşlı veteran bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, karyerasında müsbət məqamların az olmasını vurğulayıb: "Sual edirlər, illərdir futbolda nəyə sevindin, nəyə üzüldün? Sevindiyim məqam azdır”.

Qeyd edək ki, Bayramov karyerası ərzində "Neftçi", "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan", AZAL, "Zirə", "Səbail" və "Şamaxı" klublarında forma geyinib.