Vasili Berezutski Rusiyaya yollanır

Vasili Berezutski Rusiyaya yollanır

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Rusiyaya yollanacaq.

"Mediasport" xəbər verir ki, mütəxəssis sabiq klubu ÇSKA ilə futbolçu kimi qazandığı UEFA Kubokunun (hazırkı Avropa Liqası) yubileyi ilə bağlı təşkil olunacaq oyunda iştirak edəcək.

42 yaşlı çalışdırıcı mayın 18-də keçmiş komanda yoldaşları ilə birlikdə "VEB Arena"da reallaşacaq matçda meydana çıxacaq.

Moskva klubunun veteranları 2004/2005-ci illər mövsümündə onlara qarşı oynamış "Çelsi", "Portu", PSJ kimi tanınmış klubların ulduz futbolçuları ilə üz-üzə gələcəklər.