Bu gün "Sabah"ın UEFA Avropa Liqasında rəqibi məlum olacaq

Bu gün "Sabah"ın UEFA Avropa Liqasında rəqibi məlum olacaq

Bu gün UEFA Avropa Liqasında 2025/2026-cı illər mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

"Mediasport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycanı yarışda təmsil edəcək "Sabah” klubunun da rəqibi müəyyənləşəcək.

Tədbir Bakı vaxtilə saat 17:00-da start götürəcək.

Masazır klubu püşkatmada səpələnməmişlər səbətində yer alacaq və 4 mümkün rəqibimiz var.

Komandamızın potensial rəqibləri sırasında "Şaxtyor" (Ukrayna), "Selye" (Sloveniya), "Spartak" (Trnava, Slovakiya) və "Şerif" (Moldova) yer alıb.

Raundun ilk görüşü iyulun 10-da, cavab matçı bir həftə sonra baş tutacaq.