Voleybol üzrə Yüksək Liqada ilk final qarşılaşması keçirildi

Voleybol üzrə Yüksək Liqada ilk final qarşılaşması keçirildi

Kişi voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib.

"Mediasport" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və “Murov Az Terminal” komandalarının qarşılaşması “dəmiryolçular”ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Komandalar arasında ikinci oyun aprelin 25-də baş tutacaq.

Reqlamentə əsasən, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək.

İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazansalar və xallar da bərabər olsa, çempionun adı “qızıl set”də müəyyənləşəcək.