Gəncə klubu argentinalı məşqçi ilə 1 illik müqavilə bağladı - RƏSMİ

“Gəncə” voleybol klubu yeni məşqçi ilə anlaşıb.
"Mediasport" xəbər verir ki, argentinalı Yulian Karlos Jiraldes qərb təmsilçisi ilə bir mövsümlük müqavilə bağlayıb.
Cənubi amerikalı bölgə təmsilçisində fiziki məşqçi funksiyasını icra edəcək.
Mütəxəssis daha əvvəl vətətnində “Ximnasia" və “Estudiantes"də çalışıb.