Taekvondoçularımızın Niderlandda qazandığı medal sayı 18-ə çatdı

Azərbaycanın yeniyetmə taekvondoçuları Niderlandın Eyndhoven şəhərində keçirilən 52-ci açıq çempionatın ikinci günündə medal qazanıblar.
"Mediasport" xəbər verir ki, mükafatlardan 5-i qızıl, 5-i gümüş, 6-sı bürünc əyarlı olub.
Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) üçüncü yeri tutublar.
Xatırladaq ki, komandamızın heyətində yarışın ilk günündə Bəhruz Quluzadə (54 kq) ilə Eltac Qafarov (87 kq) bürünc mükafat əldə ediblər.