Millimizin “FİFA Series - 2026” turniri üçün hazırlığı davam edir
Futbol üzrə Azərbaycan millisi “FİFA Series - 2026” beynəlxalq turnirinin hazırlığını davam etdirir.
"Mediasport" xəbər verir ki, yığmamız növbəti məşq gününü də Mərdəkanda keçib.
Xatırladaq ki, komandamız martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığmasıları ilə qarşılaşacaq.
Saat 19:00-a təyin edilən hər iki görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
