Yeni baş sponsor gəldi - Bu klubun maliyyə problemi həllini tapdı

Yeni baş sponsor gəldi - Bu klubun maliyyə problemi həllini tapdı

Qusarda Futbolun İnkişaf Fondunun (FİF) “Şahdağ Qusar” Futbol Klubu və "ISFA Green Life" arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Tural Piriyev “Şahdağ Qusar”ın yenidən gücləndirilməsi üçün görülən işlər barədə məlumat verib və bu prosesdə dəstək olan hər kəsə təşəkkür edib.

Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, FİF-in Himayəçilər Şurasının üzvü Asim Xudiyev, İSFA MMC-nin direktoru Samir Xeyirbəyov və “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev çıxış ediblər.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev və İSFA-nın rəhbəri Samir Xeyirbəyov imzalayıblar.

Qeyd edək ki, İSFA MMC ilə klub arasında sentyabrın 18-də tərəfdaşlıq müqaviləsi imzalanıb və prosesin müsbət irəliləməsi nəticəsində baş sponsor razılaşması əldə olunub.