Yığma komandamız Şamaxıda təlim-məşq toplanışına başladı
Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.
Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Məşqçilər korpusu hazırlıq prosesinə U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərən boksçuları cəlb edib.
22 idmançının yer aldığı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək.
Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq.


