"Araz-Naxçıvan" ikinci oyununda uduzdu - UEFA Çempionlar Liqası

"Araz-Naxçıvan" ikinci oyununda uduzdu - UEFA Çempionlar Liqası

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Araz-Naxçıvan"  ikinci matçını keçirib.

"Mediasport" xəbər verir ki, son ölkə çempionu Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə qarşılaşıb.

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan oyun rəqibin qələbəsi ilə yekunlaşıb - 5:3.

Qeyd edək ki, "Araz-Naxçıvan" mübarizə apardığı 5-ci qrupda ilk duelində Macarıstan çempionu "Uypeşt"ə qalib (5:4) gəlib.

Komandamızın qrupda son dueli oktyabrın 30-da Polşa klubu "Piast"la olacaq.