Yığmamızın 22 üzvü Fransada keçiriləcək Avropa çempionatında

 Yığmamızın 22 üzvü Fransada keçiriləcək Avropa çempionatında

Azərbaycanın 22 güllə atıcısı 23 iyul-7 avqust aralığında Fransanın Şatoru şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, ölkəmiz qitə birinciliyində güllə və stend atıcılığı növlərində təmsil olunacaq.

Yarışlar 25, 50 və 300 metr məsafələrdə güllə atıcılığı, eləcə də stend atıcılığının dairəvi (skeet) və səngər (trap) növləri üzrə təşkil olunacaq.

Qitənin ən güclü atıcılarının iştirakı ilə baş tutacaq birincilik həm gənclər, həm də böyüklər kateqoriyalarını əhatə edir.