Bakı birinciliyi başlandı

Bakı birinciliyi başlandı

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə güllə atıcılığı üzrə Bakı birinciliyi başlanıb.

"Mediasport" xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda müxtəlif yaş kateqoriyaları üzrə idmançılar mübarizə aparacaqlar.

Birincilikdə tapança və tüfəng növləri üzrə qaliblər müəyyənləşəcək.

Turnirin əsas məqsədi atıcıların bacarıqlarını daha da inkişaf etdirmək, onların beynəlxalq yarışlara hazırlıq səviyyəsini yüksəltmək və ölkədə güllə atıcılığına marağı artırmaqdır.

Birinciliyin sonunda ən yaxşı nəticə göstərən idmançılar Azərbaycan Atıcılıq Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaq.

Yarış martın 16-dək davam edəcək.