Yığmamızın əsas üzvü milli komandadan uzaqlaşdırıldı

Yığmamızın əsas üzvü milli komandadan uzaqlaşdırıldı

Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya ilə qarşılaşacaq Azərbaycanın futzal millisinin heyətində 3 dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, dünən təlim-məşq toplanışına başlayan komandada Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb.

Təcrübəli qapıçı Rövşən Hüseynli isə intizamsızlığına görə baş məşqçi Vitali Borisovun qərarı ilə kənarlaşdırılıb.

Əvəzində mütəxəssis “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.