"Zirə" 2,5 milyon avro qazandı, Fransa klubuna da pay verdi

"Zirə" 2,5 milyon avro qazandı, Fransa klubuna da pay verdi

"Zirə"nin Salifu Sumanın satışından nə qədər qazandığı məlum olub.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi qvineyalı futbolçuya görə İsveçin "Malmö" klubunu təxminən 1,3 milyon avro (təxminən 2,5 milyon manat) ziyana salıb.

Lakin skandinavların ödədiyin məbləğin hamısı heç də Rəşad Sadıqovun komandasına çatmayıb.

Vingerin son klubu "Havr"ın mümkün transferdən əldə olunan məbləğdə payı var imiş. Fransa klubu 24 yaşlı Sumanı 2023-cü ilin yayında "Zirə"yə bu şərtlə buraxıb.

Xatırladaq ki, afrikalı vətənində "Kalum Star"ın yetirməsidir.