"Yaxşı nəticə qazanmaq istəyirik, lakin güclü rəqiblə qarşılaşacağıq"

"Bu axşam maraqlı və çətin oyun olacaq. Ümid dirəm ki, azarkeşlər stadionda bizi sonadək dəstəkləyəcəklər. Məqsədimiz Çempionlar Liqasının Liqa mərhələsidir".
"Mediasport" xəbər verir ki, bu sözləri UEFA çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olacaq Macarıstanın "Ferensvaroş" klubunun futbolçusu Yonatan Levi deyib.
Budapeşt təmsilçisinin yeni transferi bu axşam doğma meydanda baş tutacaq ilk görüş haqda düşüncələrini bölüşüb.
İsveçli yarımmüdafiəçi güclü rəqiblə qarşılaşacaqlarını qeyd edib:
"Oyunu səbirsizliklə gözləyirəm. Cavab matçı öncəsi daha yaxşı nəticə qazanmaq istəyirik. lakin güclü rəqiblə üz-üzə gələcəyik. Psixoloji cəhətdən tam hazır olmalıyıq".
Xatırladaq ki, duel Bakı vaxtilə saat 23:00-da start götürəcək.