"Zirə"nin Konfrans Liqası matçını bu telekanal canlı yayımlayacaq
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo" qarşılaşması "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
"Mediasport" xəbər verir ki, azarkeşlər oyunu telekanalın sosial şəbəkə hesablarından da canlı izləyə biləcəklər.
Duel iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq.
Qarşılaşma yerli vaxtla saat 20:00-da start götürəcək.
Cavab matçı iyulun 16-da Kutaisidəki "Ramaz Şengelia" stadionunda oynanılacaq.


