Sabah 1-ci liqada paytaxt derbisi olacaq: "Səbail" "Şəfa" ilə üz-üzə
Futbol üzrə Azərbaycan 1-ci liqasında 14-cü turun proqramı açıqlanıb.
"Mediasport" xəbər verir ki, tur iki oyun gününü əhatə edəcək.
Tur çempionluğa əsas iddialı iki kollektivin - lider "Şəfa" və yaxın izləyicisi "Səbail"in dueli ilə əlamətdar olacaq.
Azərbaycan 1-ci liqası. 14-cü tur
12 fevral (cümə axşamı)
“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu, 14:30
“Baku Sportinq” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Buzovna qəsəbə stadionu, 14:30
“Səbail” - “Şəfa”
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”, 17:00
13 fevral (cümə)
“Difai” – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağsu şəhər stadionu, 14:30
“Mingəçevir” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30

