Millimiz Avropa çempionatının pley-offuna lider kimi yüksəldi

 Millimiz Avropa çempionatının pley-offuna lider kimi yüksəldi

Minifutbol üzrə Azərbaycan millisi Skovakiyada keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu matçına çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız Fransanı məğlub edərək (3:2) qrupu lider başa vurub.

Komandamızın növbəti raundda rəqibi Qazaxıstan millisi olacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda Avstriya (1:0) və İtaliyanı da (3:0) üstələyib.