Portuqaliyada sensasiya oldu - 2-ci Liqa klubu "Sportinq"i məğlub edib ölkə kubokunu qazandı - VİDEO
Futbol üzrə Portuqaliya Kubokunda sürpriz nəticə qeydə alınıb.
"Mediasport" xəbər verir ki, 2-ci Liqa təmsilçisi "Torrense" həlledici dueldə ölkə nəhəngi "Sportinq"i məğlub edib (2:1).
Bu, Torres Vedras komandasının 109 illik tarixində ilk böyük uğuru olub.
Beləliklə, aşağı liqa klubu 2026/2027 sezonunda UEFA Avropa Liqasında mübarizə aparacaq.
Xatırladaq ki, "Torrense" Portuqaliya Superliqasına yüksəlmək üçün mayın 28-də "Kasa Pia" ilə pley-off matçı da keçirəcək


