DÇ-də əlçatmaz tarixə düşəcəklər

DÇ-də əlçatmaz tarixə düşəcəklər

Bu axşam Meksikada start götürəcək futbol üzrə 23-cü dünya çempionatı planetin yaşayan əfsanələri - Kriştiano Ronaldo və Lionel Messi, həmçinin Gilyermo Oçoa üçün əlamətdar olacaq.

"Mediasport" xəbər verir ki, bu oyunçular Dünya Kuboku yarışlarının tarixinə düşəcəklər.

Portuqaliya, Argentina və Meksika millilərinin üzvləri karyeralarında 6-cı dəfə dünya birinciliyinin final mərhələsində oynayacaqlar.

Xatırladaq ki, tarixdə ilk dəfə 3 ölkənin (ABŞ, Kanada, Meksika) təşkilatçılığı ilə keçiriləcək DÇ-də 48 milli komanda mübarizə aparacaq.

Yarış iyulun 19-dək davam edəcək.