2-ci liqa klubu "Real"ı İspaniya Kubokundan kənarlaşdırdı - VİDEO

2-ci liqa klubu "Real"ı İspaniya Kubokundan kənarlaşdırdı - VİDEO

Futbol üzrə İspaniya Kubokunda sensasiya sayılacaq nəticə qeydə alınıb.

"Mediasport" xəbər verir ki, yarışın 20-qat qalibi "Real" 1/8 finalda 2-ci liqa klubu "Albasete"yə uduzaraq mübarizəni dayandırıb.

Madrid klubunda baş məşqçi kimi debütü uğursuz alınan Raul Albiol 2:3 hesablı məğlubiyyətlə üzləşib.

"Kral klubu" 90+1-ci dəqiqədə hesabı bərabərləşdirsə də, 3 dəqiqə sonra buraxdığı qolla "Kral Kuboku" ilə vidalaşıb.