SİYAHI: 2025/2026 mövsümü üzrə Avropanın ən yaxşı 10 futbolçusu
Başa çatan futbol mövsümündə Avropada top qovan ən yaxşı futbolçuların adları açıqlanıb.
"Mediasport" "Goal" nəşrinə istinadən xəbər verir ki, "Bayern"in heyətində 51 oyuna 61 qol vuran və 7 məhsuldar ötürmə edən Harri Keyn birinci olub.
Maykl Olise ("Bayern") ikinci, "Barselona"nın uğurları üçün çalışan Lamin Yamal üçün olub.
2025/2026 mövsümü üçün Avropanın ən yaxşı 10 futbolçusu:
1. Harri Keyn ("Bayern") - 51 oyun, 61 qol, 7 məhsuldar ötürmə
2. Maykl Olise ("Bayern") - 52 oyun, 22 qol, 31 məhsuldar ötürmə
3. Lamin Yamal ("Barselona") - 45 oyun, 24 qol, 18 məhsuldar ötürmə
4. Kilian Mbappe ("Real") - 44 oyun, 42 qol, 7 məhsuldar ötürmə
5. Deklan Rays ("Arsenal") - 54 oyun, 5 qol, 11 məhsuldar ötürmə
6. Usman Dembele (PSJ) - 39 oyun, 19 qol, 11 məhsuldar ötürmə
7. Luis Dias ("Bayern") - 51 oyun, 26 qol, 23 məhsuldar ötürmə
8. Xviça Kvaratsxeliya (PSJ) - 47 oyun, 19 qol, 10 məhsuldar ötürmə
9. Bruno Fernandeş ("Mançester Yunayted") - 37 oyun, 9 qol, 22 məhsuldar ötürmə
10. Vitinya (PSJ) - 49 oyun, 7 qol, 10 məhsuldar ötürmə


