Mövsümün son "El Klasiko"sunu idarə edəcək hakim müəyyənləşdi

Mövsümün son "El Klasiko"sunu idarə edəcək hakim müəyyənləşdi

Futbol üzrə İspaniya La Liqasında mövsümün son "El Klasiko"sunu idarə edəcək hakim açıqlanıb.

"Mediasport" xəbər verir ki, 35-ci turun “Barselona” - “Real" qarşılaşması Alexandro Xose Ernandes Ernandesə tapşırılıb.

Mayın 11-də keçiriləcək derbi Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Xatırladaq ki, hazırda turnir cədvəlinə 79 xalla Kataloniya klubu başçılıq edir. Aktivində 75 xalı olan madridlilər 2-ci pillədə qərarlaşıblar.