"Barselona" 28-ci çempionluğunu Kataloniya derbisində rəsmiləşdirdi

"Barselona" 28-ci çempionluğunu Kataloniya derbisində rəsmiləşdirdi

Futbol üzrə İspaniya La Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Barselona" Primeranın başa çatmasına iki tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv tarixində 28-ci çempionluğuna Kataloniya derbisində - səfərdə "Espanyol"a qalib gəlməklə (2:0) qovuşub.

Xal sayını 85-ə çatdıran "Barsa" ən yaxın izləyicisi "Real"ı 7 xal qabaqlayır.

Qeyd edək ki, İspaniyada liqa çempionluğunda rekord "kral klubu"na məxsusdur. "Los Blankos" 36 dəfə bu titula yiyələnib.