Haci rəsmən Rumıniya yığmasında

 Haci rəsmən Rumıniya yığmasında

Rumıniya futbolunun əfsanəsi George Hacinin milli komandaya təyinatı rəsmiləşib.

"Mediasport" xəbər verir ki, "Karpatı Maradonası" qarşıdakı iki seçmə mərhələdə yığmanın "sükan"ı arxasında olacaq.

Bugünlərdə dünyasını dəyişən Mirça Luseçkunu əvəz edəcək 61 yaşlı mütəxəssisin qarşısına AÇ-2028 və DÇ-2030-a vəsiqə qazanmaq hədəfi qoyulub.

Xatırladaq ki, son olaraq ölkəsində "Farul"da çalışmış Haci 2001-ci ildə Rumıniya yığmasına rəhbərlik edib.