Peşəkar Futbol Liqası "Quba"nın futbolçusunu mükafatlandırdı

 Peşəkar Futbol Liqası "Quba"nın futbolçusunu mükafatlandırdı

Peşəkar Futbol Liqası "Ayın qolu" layihəsinin 2-ci liqa üzrə qalibini mükafatlandırıb.

"Mediasport" xəbər verir ki, bu ada “Quba”nın üzvü Ramin Məhərrəmov layiq görülüb.

Ona mükafatı 16-cı turun “Kür-Araz”la matçından əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.