Kamilo Duran "Qarabağ"da - RƏSMİ

Kamilo Duran "Qarabağ"da - RƏSMİ

“Qarabağ” heyətini yeni legionerlə gücləndirib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duranla anlaşıb.

23 yaşlı kolumbiyalı vingerlə 3 illik müqavilə imzalanıb.

Portuqaliyanın “Portimonense” klubundan gətirilən cənubi amerikalı vaxtilə ölkəsinin U-20 milli komandasında forma geyinib.

Vətənində "İndependiente"nin (Medellin) yetirməsi olmuş universal futbolçu 2021-ci ildə Braziliya nəhəngi "Flamenqu"da icarədə oynayıb.

Daha sonra Portuqaliyada - "Lusitania" və "Eştrela"da çıxış edib.

Duran son mövsüm "Portimonense"nin heyətində 26 oyunda 5 qolla yadda qalıb.

Xatırladaq ki, Azərbaycan çempionu bu yay heyətinə Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku, Sami Mmae ("Dinamo", Xorvatiya, icarə) və Xoni Montieli cəlb edib.