34 yaşlı alman baş məşqçi 1 ilə "Hamburq"u Bundesliqaya çıxardı!

34 yaşlı alman baş məşqçi 1 ilə "Hamburq"u Bundesliqaya çıxardı!

Almaniya 2-ci Bundesliqasından elitaya yüksələn ilk komanda müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu, "Hamburq" olub.

34 yaşlı Merlin Polzinin baş məşqçisi olduğu kollektiv vəzifənin öhdəsindən sona bir tur qalmış gəlib.

"Ulm"u darmadağın (6:1) edən hamburqlular "Köln"ü 1 xal qabaqlayaraq 59 xalla 1-ci pilləyə yüksəliblər.

Polzinin 2024-cü ilin fevralından çalışdırdığı komanda Bundesliqadan 2017/2018-ci illər mövsümünün sonunda düşmüşdü.

Çempion son turda məlum olacaq.

Qeyd edək ki, 2-ci Liqadan Bundesliqaya 2 komanda birbaşa, 3-cü yerin sahibi isə pley-offlarla vəsiqə əldə edir.