Afrika Millətlər Kubokunda hər iki finalçı komanda müəyyənləşdi

Afrika Millətlər Kubokunda hər iki finalçı komanda müəyyənləşdi

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yanvarın 18-də baş tutacaq həlledici qarşılaşmada meydan sahibləri Seneqal yığması ilə üz-üzə gələcəklər.

Seneqal kollektivi yarımfinalda Misir yığmasından üstün olub (1:0).

Digər finalçı Mərakeş futbolçuları əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan dueldə Nigeriyanı penaltilər seriyasında məğlub ediblər.

Turnirin bürünc mükafatı uğrunda görüş isə yanvarın 17-də Misir və Nigeriya milliləri arasında olacaq.